Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt ut labore et magna aliqua. Ut enim ad minim veniam laboris.
Den Braun 22 iyun 1964-cü ildə Nyu-Hempşirdə (ABŞ) riyaziyyat professoru Riçard Braun və musiqiçi Konstansiya Braunun ailəsində dünyaya gəlib.Braun,atasının 1982-ci ildə təqaüdə çıxanadək riyaziyyat dərsi dediyi Ekseterdəki Filips akademiyasını bitirmişdir. Braunun valideynləri müsiqiçi idilər,anası eyni zamanda kilsədə orqanist kimi fəaliyyət göstərmişdir. Ailə, Amerika Birləşmiş Ştatlarının Episkop Kilsəsinə mənsub idi. Məzuniyyətdən sonra Braun Amsist Kolecinə daxil olur, harada ki, Psi Upsilonun tələbə qardaşlığının fəal üzvünə çevrilmişdi. Braun 1986-cı ildə məzun oldu və son təhsil ilini İspaniyada Sevilya Universitetində sənət tarixini öyrənərək keçirdi.Kollecdə təhsilini bitirdikdən sonra,Den Braun mahnı müəllifi,musiqiçi və ifaçı kimi musiqi kariyerasını başlamağa cəhd edir. Brown öz səs yazıları ilə bir neçə kompakt-disk (CD) buraxır. 1991- ci ildə Hollivuda köçdü, burada Beverly Hills Hazırlıq Məktəbində dərs deməyə başladı. 1993-cü ildə Dan Braun və ailəsi Nyu-Hempşirə qayıtdılar və Braun burada Exsetərdəki Filips Akademiyasında İngilis dilini, həmçinin Lincoln Akerman Məktəbində İspan dilini tədris etməyə başladı. Hazırda Den Braun eyni zamanda jurnalistika ilə də məşğuldur, müntəzəm olararaq «Newsweek», «Time», «Forbes», «People», «GQ», «The New Yorker», jurnallarının həyatında, müxtəlif məhşur radio və teleproqramlarda iştrak edir.
Sənət tarixçisi və rəssam olan həyat yoldaşı Blis Braun da ona araşdırmalarına kömək,gəzinti və elmi səfərlərində ona yoldaşlıq edirdi.1995-ci ildə cütlüyün ortaq işi nəticəsində “Uzaq durulması gərəkən 187 kişi:qəzəbli qadınlar üçün kitabça”kitab - bestselleri ortaya çıxır.
1998-ci ildə, fəlsəfə, dinlərin, kriptoqrafiyanın və gizli cəmiyyətlərin tarixçəsi ilə uzun müddət maraqlanan Braun, betstellerə çevrilmiş ilk romanı Rəqəmsal qala (Digital Fortress) romanını nəşr etdirir. Roman vətəndaş azadlıqları və milli təhlükəsizliyin arasındakı nazik sərhəddi araşdırır və milli təhlükəsizlik orqanının gizli birliyinin işi barədə məlumat verir. Roman yayımlanmasından dərhal sonra Den Braun bir anda elektron kitab reytinqlərində birinci yerə qalxdı.
Mükafatlar almış riyaziyyat üzrə professor ilə ilahiyyat musiqiçisinin oğlu Den Braun elm və din kimi bəzən bir-birinə qarşı duran fəlsəfələrin hakim olduğu bir mühitdə böyüyüb. Bu, bir-birini tamamlayan fikirlərdən aldığı təsirlə məşhur romanı "Mələklər və İblislər"i ( Angels & Demons) yazdı. Bu əsərdə bir İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında baş verən, elm ve din mövzularının hakim olduğu romandır. Yazıçının üçüncü romanı olan "Yalan nöqtəsi" (Deception Point) də siyasət əxlaq, təhlükəsizlik və gizli texnoloji mövzuları əhatə edir.
2003-cü ildə Den Braunun əsərlərinin (b“Rəqəmsal qala” və “Yalan nöqtəsi”ndən başqa) baş qəhrəmanı olan professor Lenqdonun macəralarının davam etdiyi “Da Vinci Şifrəsi” romanı nəşr edilmişdir. 2009-cu ilin sentyabrında Amerikanın Mason keçmişinə dair gizli örtüyü ortaya qoyan və Robert Lenqdon haqqında üçüncü əsər olan "İtirilmiş Simvol”(The Lost Symbol) adlı roman nəşr olundu. 2013-cü ilin may ayında bu seriyanın dördüncü hissəsi “Cəhənnəm”(İnferno)romanı çıxır. 28 sentyabr 2016-cı ildə Knopf Doubleday Nəşriyyat Qrupunun sədri və baş redaktoru Sonni Mexta Doubleday nəşriyyat evi, Robert Langdon haqqında Braun'un nəşri 2017-ci ilin 26 sentyabrına planlaşdırılan başqa bir romanı-“Mənşə”(Origin) romanının çapının başladıqlarını açıqladı.Elə də olur,lakin bir qədər gec, 2017-ci ilin 3 noyabrında Den Braunun 7-ci,professor Robert Lenqdonun əsas surət kimi iştrak etdiyi 6-cı romanı “Mənşə”romanı nəşr edilir[11].
Yazarın ilk romanı Rəqəmsal qala(Digital Fortress) qeyd etdiyimiz kimi 1998- ci ildə St. Martin’s Press və Transworld (Böyük Britaniya) nəşriyyatları tərəfindən nəşr edilmiş dedektiv romandır.Azərbaycan dilinə tərcüməçisi Yaşar Əsədovdur.544 səhifəlik roman Azərbaycanda 2012-ci ildə 1000 tirajla “Qanun” nəşriyyatı tərəfindən nəşr etdirilmişdir. Əsər həmçinin Türkiyədə də nəşr edilmişdir.Türkiyədə romanı “Altın Kitablar” yayın evi çap etmişdir.Romanı türk dilinə çevirən isə Sezer Sonerdir.Türk dilind olan kitabı nəşrə hazırlayan Muharrem Nesil Huvaj,üz qabığının dizayneri Emrullah ÖZ olmuşdur. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir.Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burada, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Romanda xəyali bir teorem – “Berqofsk Prinsipi” görünür.Teoremin məğzi ondadır ki,hər bir şifrəni “kobud güc” ilə sındırmaq mümkündür.Bu yolla sifrənin açarının tapılması yalnız vaxt məsələsidir.
Yazarın növbəti romanı “Mələklər və İblislər”(Angels and Demons) ABŞda 2000 – ci ildə nəşr edilib.Azərbaycanda 728 səhifəlik romanı 1000 tirajla 2015-ci ildə “Qanun” nəşriyyatı nəşr etdirib.Kitabın korrektoru Ceyran Abbasova,romanın tərcüməçisi isə Yaşar Əsədovdur.Türkiyədə isə romanı “Altın Kitablar” nəşriyyatı çap edib.Qeyd edək ki,romanın türk dilli versiyası 575 səhifədən ibarətdir.Türk dilinə tərcümə isə Pətək Dəmir tərəfindən edilib. “Bu roman professor Robert Lenqdonun iştrak etdiyi ilk romandır.” “İllüminati”. Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də... Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və... tezliklə inanılmaz nəticələr əldə eləyirlər... Oxucuların xahişi ilə CERN(Nüvə tədqiqatları üzrə Avropa təşkilatıDünyanın ən böyük yüksək energetika fizikası laboratoriyası)ın saytında əsərdə baş verən sujetin fizika cəhətindən uydurma olduğunu göstərən səhifə yerləşdirilmişdi.Orada deyilir ki,romanda adı çəkilən antimaddə bombasının mövcudluğu mümkün deyil.Yəni,antimaddə əsərdə göstərildiyi kimi yaradılmır. mövcud sürətləndiricilərlə yalnız bir qram antimaddə yaratmaq üçün milyardlarla il gərəkdir.Ondan enerji mənbəyi kimi istifadə etmək heç də effektif deyil. CERN-də əldə edilən bütün antimaddənin məhv edilməsi zamanı sərbəst buraxılan enerji adi bir lampa ampulünün işləməsinin yalnız bir neçə dəqiqəsi üçün kifayət edərdi.CERNın əməkdaşı Rolf Landua italiyan jurnalı “Newton”a verdiyi intervyuda qeyd etmişdir ki,antimaddənin bir qramının əldə edilməsi 1000 trilyon dollar başa gələrdi.Müqayisə etmək üçün:ABŞın illik bedcəsi yalnız bir neçə mikroqram antimaddənin yaranmasına bəs edərdi. XXI əsrin əvvəllərində bu kitaba o qədər də böyük tələbat yox idi.Yalnız yazıçının “Da Vinçi Şifrəsi”romanından sonar bu roman da bestsellerə çevrilmişdir. Roman 2004-cü il üçün “Publishers Weekly”ə görə ən çox satılan kitablardan birinə çevrildi. 2009-cu ilin mayında Ron Hovard tərəfindən kitabın böyük büdcəli ekran versiyası çəkilir. Filmdə Langdon rolunu Tom Henks oynadı.Kitabın sujeti ilə filmin sujeti heç də hər yerdə uyuşmayıb.
Yazıçının üçüncü romanı “Yalan Nöqtəsi”(Deception Point) 2001-ci ildə ABŞ-da,2005-ci ildə “Altın Kitablar” yayın evi tərəfindən Türkiyədə,eyni ildə isə AST nəşriyyatı tərəfindən Rusiyada çap edilmişdir.Qeyd edək ki, Rusiyada bu romanı eyni zamanda “Tranzitkniqa” nəşriyyatı buraxmışdır.Azərbaycanda 616 səhifəlik kitab 1000 tirajla, “Qanun” nəşriyyatı tərəfindən buraxılmışdır.Nəşriyyat kitabı ilk dəfə 2012-ci ildə,sonra işə 2013-cü ildə ,sonuncu dəfə isə 2017-ci ildə yenə nəşr edib.Azərbaycan dilinə tərcümə edən ərcümə edən Yaşar Əsədov,kitabın redaktoru Mehman Məmmədov,korrektoru isə Fəxrəddin Ağazadədir. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır.Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar?
Yazarın növbəti romanı 2003-cü ilin aprelində “Doubleday Group” nəşriyyatında nəşr edilən Da Vinçi Şifrəsi (The Da Vinci Code) dedektiv,triller janrlı romandır.Azərbaycanda roman 2012-ci ildə(520 səhifə) 1000 tiraj ilə “Qanun” nəşriyyatı tərəfindən buraxılıb.Romanı Azərbaycan dilinə romanı Samir Bulut tərcümə edib.Roman Rusiyada isə AST nəşriyyatı tərəfindən çap edilib.Türkiyədə roman ilk dəfə 2003-cü ildə (528 səhifə)“Altın Kitablar” nəşriyyatı tərəfindən buraxılıb.Bu romanın “Qanun” nəşriyyatı tərəfindən buraxllan daha bir nəşri var ki,o da yeniyetmələr üçün nəzərdə tutulub. 432 səhifəlik kitab “Da Vinçi kodu” adı altında çap edilmişdi.Bu kitabı Azərbaycan dilinə tərcümə edən Sevil Gültən olmuşdur. Kitab beynəlxalq bestseller oldu:O, dünyanın 44 dilinə tərcümə edilib və dünyada ümumi tirajla 81 miliyondan çox nüsxəsi satılıb.”Da Vinçi Şifrəsi “Nyu-York Times” jurnalının bestsellerlər siyahısına başçılıq edir,2003,2004,2005-ci illərdə Publishers Weeklyin bestsellerlər siyahısına daxil olmuş,çoxları kitabı son on illiyin ən yaxşı kitabı hesab edir.Elmi dedektiv triller janrında yazılan bu roman Müqəddəs Qril haqqında efsanəyə və Mariya Maqdalinanın xristianlıqda roluna böyük maraq yarada bilmişdi. Əsər Luvr muzeyində qoca mühafizəçinin qətlini baş qəhrəman Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Əvvəlcə Lenqdonu bütün işlərdə günahkar sayırlar çünki qoca mühafizəçi Jak Sonyer həmin vaxtı onunla görüşməli idi. Sonyerin nəvəsi Sofi Lenqdonu polisin əlindən qurtarır. Onlar Jak Sonyer haqqında maraqlı məlumatlar tapirlar. Sən demə Sonyer Sion Prioratı adlı gizli bir cəmiyyəti üzvü imiş və Tampilyerlərin Sion Prioratına təhvil verdiyi xristian gizli sənədlərini İsa peyğəmbərin müqəddəs camını- San Qrili qoruyurmuş. Onların San Qrili axtarması başqalarının maraqları ilə də toqquşurdu, hətta Opus Dei təşkilatı da bu işə qarışmışdı. Bütün əsər boyu baş qəhrəmanlar maraqlı məlumatlarla qarşılaşırlar və sonda San Qrili tapırlar. Romanın ideyası Maykl Beytjent,Riçard Li və Henri Linkolnun 1982-ci ildə nəşr edilmiş “Müqəddəs Qan və Müqəddəs Qril” kitabından ilhamlanmışdır.Sonda Li və Beytjent Braunu “Da Vinçi Şifrəsi”nin müstəqil bir əsər olmadığını,sadəcə onların yazdıqlarının bədii versiyası olduğunu qeyd edərək məhkəməyə verirlər.Lakin 2006-cı ildə məhkəmə Braunun lehinə qərar verdi.Den Braun bu kitabla tanış olduğunu(60-cı fəsildə açıq şəkildə qeyd edilmiş) inkar etmirdi,lakin öz romanı üçün əsas mənbələr arasında o Marqeret Starbyordun “Alabaster səhəngli qadın”( The Woman With the Alabaster Jar) və “Yevangeliyada İlahə:müqəddəs qadın başlanğıcının köklərinə qayıdaq” (The Goddess in the Gospels: Reclaiming the Sacred Feminine),eyni zamanda,Linn Piknettin və Klayv Prinsin “Tapınaqçıların Vəhyi” kitablarını qeyd edirdi. “Müqəddəs Qan və Müqəddəs Qril” kitabı öz növbəsində alman arxeoloq- həvəskar olan Otto Ranın “ Qrilə qarşı xaç yürüşü” (alm.”Kreuzzug gegen den Gral“, 1933) kitabında öz əksini tapmış araşdırmaları və hipotezləri,eyni zamanda isə “Anri Lobinonun gizlin dosyeləri” adlı saxta sənədlər toplusu əsasında yazılmışdı. Öz narazılığını eyni zamanda Ermitajın yüksək elmi işçisi Mixail Anikin bildirmişdi.O qeyd edirdi ki,ideyanın bir qismi onun 2000-ci ildə nəşr edilmiş kitabı-“Leanardo da Vinçi yoxsa rəngli ilahiyyat” kitabından götürülmüşdür. Kitabın 2003-cü ildə buraxılmasından sonra, 2006-cı ilə kimi “Da Vinçi Şifrəsi” romanı və başqa üç kitabı müəllifə 260 milyon dollardan artıq gəlir gətirdi.2006-cı ilin mayında romanın geniş büdcəli filmi göstərilir. Lakin roman hər yerdə bir mənalı qarşılanmır. Məsələn,onun xristianlığı alçaltması səbəbi irəli sürülərək Livanda qadağan edilib. Den Braun babasının da mason olduğunu bir çox proqramda açıqlamışdır. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləmişdir. "İtirilmiş simvol" (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. Roman 2009-cu ildə ABŞda Doubleday,Böyük Britaniyada Transworld nəşriyyatları tərəfindən çap edilib.Rusiyada isə bu kitabın nəşrini AST nəşriyyatı həyata keçirib.Rus dilindən Azərbaycan dilinə tərcüməni Yaşar Əsədov edib.Azərbaycanda İlqar Fəhmlinin redaktor,Tünzalə Xəlilqızının korrektoru olduğu kitab 1200 tirajla “Qanun” nəşriyyatı tərəfindən çap edilib.”Qanun” nəşriyyatı kitabı 2013 və 2016-cı illərdə çap etmişdir. Qeyd edək ki,bu romanda Den Braunun digər romanı “Rəqəmsal qalaya” istinad vardır.Bu əsərdə Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət...
Yazıçının sonrakı əsəri Cəhənnəm (Inferno) — 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə “Doubleday” nəşriyyatı tərəfindən yayımlanmışdır.Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. Azərbaycan dilinə romanı Əfsanə Nurəli Həmzəyeva tərcümə etmişdir. Azərbaycan dilində 576 səhifəlik kitab “Qanun” nəşriyyatı tərəfindən 1000 tirajla “Qanun” nəşriyyatı tərəfindən 2014-cü ildə(576 səhifə) nəşr edilmişdir.Romanı Azərbaycan dilinə Əfsanə Nurəli Həmzəyeva tərcümə etmişdir.Türkiyədə kitabın nəşrini “Altın Kitablar” nəşriyyatı edib.
“Mütləq ki, axtaran tapar”
Harvardın görkəmli simvoloqisti Robert Lenqdon xəstəxanada ayılanda bu sözlər qulaqlarında səslənirdi. Harada olduğunu, bura necə gəldiyini anlamırdı. Şeylərinin arasından çıxan qəribə əşyanın da bura necə düşdüyündən xəbəri yox idi. Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər. Dantenin sirli və möhtəşəm şah əsəri olan “İlahi komediya”dan bir neçə sətir onlara renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir. Bu tapmacanın cavabları ilə onlar bəlkə dünyanı dəhşətli təhlükədən xilas edə bilərlər. Dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən sayılan “Cəhənnəm”dən qaynaqlanaraq yazılan bu kitab Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz məzmunu kitabın ilk səhifəsini açdığınız andan onu bağlayanadək sizi ondan ayrılmağa qoymayacaqdır. 2016-ci ildə “Cəhənnəm” romanı da ekranlaşdırılmışdır.
Yazıçının sonuncu romanı “Başlanğıc” (Origin) romanıdır.Azərbaycanda roman 2018-ci ildə 1000 tirajla“Qanun” nəşriyyatı tərəfindən(528 səhifə) çap edilib.Azərbaycan dilinə romanı Rəfiqə Məmmədova,Xalid Kazımlı tərcümə ediblər. Harvardda simvol və dini ikonoqrafiya professoru olan Robert Lenqdon “Elmin üzünü əbədi olaraq dəyişdirəcək” bir kəşfi öyrənmək üçün Bilbaodakı Quqqenhaym muzeyinə gəlir. Tədbirə ev sahibliyi edən dostu və köhnə tələbəsi olan Edmond Körş gözqamaşdıran ixtiraları və dəqiq proqnozları ilə dünyada mübahisələrə səbəb olan bir insan kimi tanınır. Bu axşam da bir istisna deyil: o, insan mövcudluğunun əsaslarına dair böyük mübahisələrə səbəb olacaq heyrətləndirici bir elmi kəşf ortaya qoyacağını iddia edir. Amma Lenqdon və başqa qonaqlar Körşün xüsusi həssaslıqla təşkil etdiyi tədbirdə qiymətli kəşfini elan etmədən şoka düşürlər. Həyatı təhlükə altında olan Lenqdon muzey direktoru Ambra Vidalla birlikdə ümidsiz bir yol seçirlər. Birlikdə Körşün sirrini açacaq gizli parolu tapmaq üçün təhlükəli bir araşdırma aparmaq məqsədilə Barselonaya qaçırlar. Lenqdon və Vidal onlardan bir addım irəlidə olan qəddar düşməndən qurtulmaq üçün gizli tarixin və qədim dinin labirintindən keçməlidirlər. Lenqdon və Vidal, sadəcə, gizli simvollarla və çətin müasir sənətlərlə qeyd edilən bir iz üzərində səsləndirilməmiş bir dünyəvi həqiqəti ortaya çıxardan ip ucları tapırlar[10]. “Qeyd edim ki,romanın Azərbaycan dilinə bütün tərcümələri rus dilindən edilmişdir”
Den Braunun ədəbi stili bir sıra ədəbiyyatçılar tərəfindən ciddi tənqid olunub.Britaniyalı şair,redaktor Tom Çivers Braunun nəsrini “o dərəcədə qurğuşuna bənzətmişdi ki,hətta ondan kilsələr üçün dam da düzəltmək olar” Digər tənqid dalğalarını “Den Braunun öz kitablarının ön sözlərində onun işlərinin tarixi faktlar üzərində qurulduğunu qeyd etməsi” doğurdu.2009-cu ilin sentyabrnda Braun tənqidlərə belə cavab verdi: “Mən bu kitablarda qətiyyətli və spesifik bir şeylər edirəm. Hekayəni danışmaq üçün həqiqət və uydurmanı çox müasir və effektiv bir şəkildə birləşdirirəm.Elələri var mənim nə etdiyimi anlayırlar.Onlar sanki zövq almaq üçün qatara atlanırlar.Lakin elələri də var ki,onlara yəqin ki,başqa bir müəllifi oxumaq məsləhətdi” Öz növbəsində həmin Tom Çivers Braunun “Da Vinçi Şifrəsi”nin proloqunda “sənət əsərlərinin,arxitekturanın,sənədlərin və gizlin ritualların bütün təsviri romanda dəqiq olduğunu yazması”nı qeyd etmişdir.Məsələn,Tom Çivers qeyd etmişdir ki, Sion Prioratı XI əsrdə yaranmış gizlin bir orden deyil,sadəcə olaraq fransız Pyer Plantarom tərəfindən 1956- cı ildə yaradılmış mistifikasiya idi.Belə real faktlarla uyğunsuzluqlar Den Braunun digər əsərlərində də müşahidə olunur.Belə ki, “Mələklər və İblislər” romanında deyilir ki, Kopernik Roma-katolik kilsəsi tərəfindən yandırılıb.Amma əslində isə Kopernik uzun bir ömür sürmüş və qocalıqda insultdan dünyasını dəyişmişdi(1473-1543.70 yaşında).Ya da ki,elə bu romanda deyildiyi kimi, Qaliley illimunati” birliyinə-hansı ki, hətta onun ölümündən 100 ildən daha artıq bir müddət sonra yaradılmışdı-daxil deyildi. Sonda yenidən qeyd edək ki,Azərbaycanda Den Braunun romanları yalnız “Qanun” nəşriyyatı tərəfindən çap edilmişdir.Mən bir oxucu kimi bunu alqışlayıram.Hər hansı bir əsəri müxtəlif nəşriyyatların bir-biri ilə inqeqrasiyada olmadan fərqli tərcümələrdə çap etməsindənsə konkret bir nəşriyyatın bu işi öz üzərinə götürməsi daha məqsədəuyğundur.Bir qədər əsərlərin tərcümələrinin keyfiyyətindən danışmaq istərdim.Müəyyyən bir qisim adam düşünə bilər ki,Den Braunun kitablarını yazıldığı dildə və yaxud rus dilində oxumaq yazılanlardan daha çox zövq almağa,onun məzmununa daha dərindən varmağa imkan verir.Doğrudur,bütün əsərləri orijinalda oxumaq tamam başqa bir hissdir.Amma bir nüansı də qeyd etmək lazımdır ki,əsəri tərcümə edən şəxs qarşısındakı hər iki dili mükəmməl bilməklə yanaşı,həm də əlindəki əsərin janrı,üslubunu da bilməlidir.Məlumdur ki, Den Braunun qələmindən çıxan əsərlərin janrı Azərbaycan üçün yeni bir janrdır.Doğrudur Azərbaycan ədəbiyyatında dedektiv yazanlar,elmi-siyasi əsərlər yazanlar da olub. Lakin Triller, detektiv, fantastika, yarıdokumentalistika janrlarını bir əsərdə istifadə edənlər yox səviyyəsindədir.Eyni zamanda elmi əsrdə reallıq və uydurmanı birləşdirən və bütün bunlardan bir sujet xətti yaradıb kitab halına salan yazıçılarımız da yox idi.Məhz elə buna görə də Den Braunun yazığı janr və yaxud hər hansı buna bənzər janrlarda yazan yazıçların əsərlərinin Azərbaycan dilinə tərcüməsindən narazılıq bildirməmişdən əvvəl ilk növbədə yuxarıda qeyd etdiklərim barədə yaxşıca düşünmək lazımdır .
"Axı şərq dünyasının,mədəniyyətinin təsiri ilə möhtəşəm əsərlər yazılan bir dilə onun üslubuna zidd olan hər hansı bir əsəri necə mükəmməl tərcümə edəsən?"
Ədəbiyyat siyahısı
a)Azərbaycan dilində
1. Braun D. Cəhənnəm. –Bakı: Qanun, 2014. -576 s.
2. Braun D. Da Vinçi şifrəsi. –Bakı: Qanun, 2012. -520 s.
3. Braun D. İtirilmiş simvol. –Bakı: Qanun, 2016. -652 s.
4. Braun D. Mələklər və iblislər. –Bakı: Qanun, 2015. -728 s.
5. Braun D. Rəqəmsal qala. –Bakı: Qanun, 544 s.
6. Braun D. Yalan nöqtəsi. –Bakı: Qanun, 616 s.
b)Rus dilində
7.Бачинин В. А. Бульварное религиоведение Дэна
Брауна // Религиоведение. — 2007. — No 4. — С. 152—156
c) Internet resursları
8. https://tr.wikipedia.org/wiki/Dan_Brown
9. http://christsocio.info/content/view/636/
10. https://www.livelib.ru/author/27065-den-braun
11. http://www.peoples.ru/art/literature/prose/detectiv/brown/
12. https://24smi.org/celebrity/4227-den-braun.html